Aktrisa şikayətçidir: “Aylarla susuz qalmaq...”
23-07-2018, 15:05
Oxunub: 3 714
“Görəsən bizim bu su problemimiz nə zaman bitəcək və həll olunacaq? Türkiyədən gələn kimi rayona getdim. Düşündüm ki, kəndimizi görərəm, havasından udub, suyundan içib sərinləyərəm. Amma kənddə sudan əsər-əlamət yox idi”.
Musavat.com xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağıyeva sosial şəbəkədə yazıb.
O, Qusar rayonunun bəzi kəndlərinin susuz qalmasından şikayətlənib: “Qusar kimi rayonun kəndi susuz qalıb. Sözügedən kənd Rusiya ilə sərhəddə yerləşən Şirvanovka kəndidir. Digər kəndlərdən tam xəbərim yoxdur. Onu bilirəm ki, bizim kəndə doğru-düzgün su verilmir. Suyun daimi olduğu yerlər isə bələdiyyə işçilərinin yaşadığı yerlərdir.
Bu problemlə bələdiyyə maraqlanmır. Görəsən, Qusar Rayon İcra Hakimiyyəti bizim problemimizi nə zaman həll edəcək?
Yayın istisində günlərlə, hətta, aylarla susuz qalmaq nə deməkdir axı? 21-ci əsrdə yaşayasan, ölkəndə “Formula 1” kimi yarışmalar keçirilə, bu ölkəni dünyaya tanıtmağa və çox sayda turist cəlb etməyə çalışıldığı bir vaxtda, nədənsə Qusar kimi turistik bir məkanın kəndi susuz qalır.
Vətəndən uzaqda yaşayasan, ölkən üçün darıxasan, gəzib dincəlmək istəyəsən, amma bu kimi problemlə qarşılaşasan. Üzülməyəsən, bəs nə edəsən? Bu zamanda bu cür problem olmamalıdır!”
Qeyd edək ki, Cəmilə Tağıyeva Türkiyə vətəndaşı ilə ailə qurub və İstanbulda yaşayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər