Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yay məktəbi”
23-07-2018, 18:14
Oxunub: 4 658
“Uşaqların sevinci bizim sevincimizdi” deyib isti yay aylarında kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli keçməsi üçün Hacıqabul rayon Heydər Əliyev Mərkəzi “Yay məktəbi” açdı
Belə ki, hələ məktəblər tətilə bağlanmamış elanlar hazırlandı. Elanları nəticəsi olaraq uşaqlar sevinclə 02.08.2018-ci il tarixindən yay məktəbinə gəldilər. Mərkəzin mehriban, təhsilli kollektivi uşaqların yay məktəbini səmərəli, əyləncəli, maraqlı keçirmələri üçün var qüvvələri ilə çalışırlar.Yay məktəbində 4 yaşından 10 yaşınadək uşaqlar iştirak edir. Onlara yaşlarına uygun dərs proqramları hazırlanıb. Həftənin 4 günü hər gün 3 saat olmaqla uşaqlara ingilis, rus dili, riyaziyyat dərsi keçilir, yazı, imla yazdırılır, müxtəlif oyunlar, şahmat, rəngli kağızlardan, plastilindən fiqurlar, əl işləri düzətmək öyrədilir. Rəqs dərsləri keçirilir, şeirlər öyrədilir. Parkda hər səhər dərsə başlamazdan əvvəl səhər gimnastikası edilir.Uşaqlar həmçini oyun parkında da əylənirlər. Uşaqlara tez-tez mərkəzin kino zalında cizgi filmləri göstərilir. Kiçik yaşlı uşaqlar həmçini həvəslə Mərkəzdə yerləşən 2 saylı kitabxana filialına da üzv olub maraqlı nağıl, hekayə kitabları mütailə edirlər. Uşaqlarla müxtəlif dəyirmi masalar: “Vətən və vətənpərvərlik”, “Yaşlılara hörmət və qayğı”, “Uşaq hüquqları”, “Evdə, məktəbdə, küçədə özünü necə aparmalı” və sair söhbətlər, sual-cavablar keçirilir. Dərslər əvvəlcədən planlaşdırıldığı kimi sentyabr ayının 10-na qədər davam edəcək.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzi olaraq çalışırıq ki, uşaqlara yadda qalan yay təəssüratları bəxş edək, həm də daima olduğu kimi insanpərvər, savadlı, tərbiyyəli uşaqların yetişməsində bizim də öz payımız olsun.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər