BolgeXeber.Com » Xəbərlər » Qatarlarda gediş haqqı artırılır - Sərnişinlərin diqqətinə!

Qatarlarda gediş haqqı artırılır - Sərnişinlərin diqqətinə!

24-07-2018, 14:39
Oxunub: 2 042 Qatarlarda gediş haqqı artırılır - Sərnişinlərin diqqətinə!27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.

Bolgexeber.com Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq.