“Bizim market”də vaxtı keçmiş məhsullar satılır - FOTOFAKT
25-07-2018, 15:20
Oxunub: 6 472
Binəqədi rayonu, İ.Paşa Dadaşov küçəsində yerləşən "Bizim market” mağazasında daha bir xoşagəlməz hal qeydə alınıb
7 news.az-ın verdiyi xəbərə görə, redaksiyaya ünvanlanan şikayətdə deyilir ki, mağazanın duru yağlar bölməsindəki məhsulların bir çoxu həyat üçün təhlükəlidir. Belə ki, duru yağlardan bəzilərinin vaxtı keçsə də satışdan yığışdırılmayıb.
Müraciət edən vətəndaş qeyd edir ki, vaxtı keçmiş məhsulu kassa aparatına yaxınlaşdırıb: "Ancaq satıcı heç nə olmamış kimi bu məhsulu da kassa aparatından keçirdi və yenidən mənə təqdim etdi. Elə bu an mən öz etirazımı bildirdim. Qeyd etdim ki, vaxtı keçmiş məhsul, xüsusən də duru yağ çeşidi insan sağlamlığı üçün çox təhlükəlidir. "Niyə bunu satırsınız" sualını verəndə isə dərhal mağazanın məsul şəxsləri yaxınlaşdılar, müxtəlif təkliflər irəli sürərək xoşagəlməz olayın unudulmasını istədilər. Mən isə birmənalı şəkildə etiraz etdim".
Müştəri vaxtı keçmiş duru yağın fotolarını da təqdim edib:




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər