Polad Bülbüloğlunun qardaşına qarşı 200 minlik dələduzluq edilib
26-07-2018, 13:08
Oxunub: 3 306
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşına və digərlərinə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Höknə əsasən M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.
İttihamda yazılır ki, Nəsibov İradə İsmayılovaya Hövsan qəsəbəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb.
Daha sonra isə Çingiz Məmmədova Abşeronda yaşayış evi tikmək adı ilə ondan 200 min manat pul alıb.
Müxtəlif işlər görmək adı ilə Adilə Məmmədovadan 120 min, Gülnaz Xayirovadan 43 min, Bahar Ələkbərovadan 17 min, Bəhram Namazovdan isə 28 min 100 manat alaraq onları aldadıb.
Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib.
Bildirək ki, zərərçəkmiş Çingiz Məmmədov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər