Məşhur sığorta şirkətindən şikayət: "Əzilmiş detalları dəyişmir" (FOTOLAR)
26-07-2018, 17:50
Oxunub: 6 138
Qazax sakini düşdüyü yol qəzası ilə bağlı sığorta şirkətinin ona təklif etdiyi pulun miqdarından şikayətçidir
Bolgexeber.com xəbər verir ki, lent.az-a müraciət edən Emil Əhmədov adlı şəxs "Standart İnsurance” sığorta şirkəti tərəfindən avtomobilinə dəyən zərərin düzgün hesablanaraq ödənilmədiyini deyib.
Şikayətçi bildirib ki, 2 iyul 2018-ci il tarixində Ayna Sultanovanın heykəlinin yaxınlığında idarə etdiyi "Hyundai” markalı avtomobil qəzaya düşüb. Daha sonra avtomobili sığortalatdığı "Standart İnsurance” şirkətinin əməkdaşları əzilmiş maşının şəkillərinə əsaslanaraq ona dəymiş zərərə görə 620 manat təzminat hesablayıb: "Avtomobilim hər zaman servisdə qulluq olunub. Qəzadan sonra avtomobilin "Auto Azərbaycan” şirkətinin servisində yoxlandı. İlkin baxış keçirildi və dəyən zərər 2940 manat olaraq hesablandı. Bununla bağlı rəsmi arayışı "Standart İnsurance” sığorta şirkətinə də təqdim etdim. Oradan rəsmi cavab gəldi ki, fotoşəkillər baxış keçirilib və dəymiş ziyana görə 620 manat ödəyə bilərlər. Etirazımı bildirdim. Dedilər, ya 620 manatı gəl götür, özün maşını düzəltdir, ya da biz Babək prospektində olan öz servislərində düzəltdirəcəklər. Onlar yalnız dəmirçi-rəngsaz işini hesablayırlar. Halbuki, mənim diskim, "stupsiya” və digər hissləri sıradan çıxıb. Qapılar deformasiya uğrayıb və dəyişməlidir. Lakin sığorta şirkəti qapıları dəyişmək əvəzinə dəmirçi rəngsaz işləri görmək istəyirlər”.
Emil Əhmədov əlavə edib ki, sığorta haqqından qanunda da avtomobilinin əvvəlki vəziyyətinə qaytarılması tələb edilir: "Uşaq da bilir ki, maşının dəmirçi tərəfindən döyməklə həmin ki vəziyyətə qaytarmaq mümkün deyil. Deformasiya dəymiş detala heç kim zəmanət vermir ki, sabah hadisə olacağı təqdirdə o detal insanı qoruyacaq. Siz istənilən "rəmsi diller”i olan servisə getsəniz, görəcəksiniz ki detal deformasiya uğrayıbsa, onu dəmirçi döymür. Detalı dəyişdirirlər”.
Sığorta şirkətinin yol qəzaları bağlı departamentinin əməkdaşı Lent.az-a bildirib ki, şikayətçi avtomobilin bir çox detalını dəyişdirmək istəyir: "Biz hadisə yerində çəkilən fotoşəkillərlə servislərimizə müraciət etmişik. Avtomobilin həminki vəziyyətinə qaytarılması üçün 620 manat təşkil etdiyi müəyyən olunub. Lakin müştəri bununla razılaşmır, bir çox detalın dəyişdirilməsini tələb edir. Halbuki biz avtomobilin əvvəlki vəziyyətinə qaytarılmasına zəmanət veririk. Qanuna da əsasən detal 75 faiz deformasiya uğrayırsa, şirkət olaraq biz onu yenisi ilə əvəzləyirik”.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər