“Qızılqum” çimərliyində biabırçılıq: sərxoş kişilər qadınlara hücum çəkdi (VİDEO)
30-07-2018, 14:28
Oxunub: 3 271
Çimərlikdə istirahət etmək istəyən qadınlar hücuma məruz qalıb
Bolgexeber.com femida.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Qızılqum” çimərliyində baş verib.
Ərazidə qumluq sahədən istifadə etmək istəyən vətəndaşlar orada fəaliyyət göstərən restoran əməkdaşlarının hücumuna məruz qalıb. Hücuma məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova bildirib ki, qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş tələb olunub:
“Bizə dedilər ki, çimərlikdən və dənizdən istifadə etmək ödənişlidir. Biz isə onların təklif etdiyi masada əyləşməkdən imtina etdik. Özümüz dənizin kənarında, qumluq sahədə əyləşdik. Bu zaman orada restoran fəaliyyəti ilə məşğul olan şəxslər bizə dedilər ki, onların stolunun kölgəsi düşən ərazidə oturmayaq. Bizi nalayiq söyüşlərlə təhqir etdilər. Dedilər, bu ərazilər bizimdir. Bizə hücum çəkib, ərazidən çıxarmağa çalışdılar. Ətrafdakı insanlar bizi onların hücumlarından qorudu.”
Gülzar Antonova hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.
Çimərlikdə baş verən həmin hadisənin görüntülərini təqdim edirik:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər