Əli Həsənovun nəvəsi azadlığa BURAXILDI
2-08-2018, 20:40
Oxunub: 2 999
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbsdən buraxılıb.
Unikal.org xəbər verir ki, avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərarı Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası verib.
İki nəfərin öldüyü, dördünün də yaralandığı yol qəzası törətməkdə ittiham olunan N.Allahverdiyev şərti cəza ilə buraxılıb. Zərərçəkmişlərin heç birinin şikayətçi olmamasını əsas gətirən məhkəmə Baş nazirin müavininin nəvəsinə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.
N.Allahverdiyev hadisədən sonra Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunurdu - 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) və 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma). Ötən il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 264-cü maddə ilə bəraət, digər ittihamla isə 6 il həbs cəzası verilmişdi.
N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektindəbaş verib. Allahverdiyevin idarə etdiyi "Mercedes-Gelandewagen” yolu keçən üç piyadanı - Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra "VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən "Mercedes-Gelandewagen” yanmağa başlayıb. Bu hadisə nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.
Hadisənin video-görüntüləri sosial şəbəkələrdə yayılıb və hadisədən dörd gün sonra N.Allahverdiyev həbs olunub. O, özünü qismən təqsirli bilib və hadisə yerindən qaçmaqla bağlı ona verilmiş ittihamı qəbul etməyib.
N.Allahverdiyevin 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılovun idarə etdiyi "Mazda” markalı avtomobillə ötüşərkən bu qəzanı törətdiyi bildirilsə də, o, bu ittihamla razılaşmayıb. Bildirib ki, yanında olan M.Əliyevin ürəyində problem yarandığına görə onu təcili həkimə çatdırmaq üçün həmin vaxt maşını yüksək sürətlə idarə edib.
Bu hadisədən sonra 23 yaşlı Mirməhəmməd İsmayılova da avtoxuliqanlığa görə 1 ay inzibati həbs verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər