Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI – Məzar yerləri pulsuz olacaq
10-08-2018, 14:04
Oxunub: 3 364
“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.
Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması, qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə qədər hamısı öz əksini tapıb.
“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.
G.İsmayılov sənəddə qəbiristanlıqların salınması, idarə edilməsi məsələlərinin də qeyd edildiyini diqqətə çatdırıb.
“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər