Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edəcək
16-08-2018, 10:55
Oxunub: 2 399
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 24-də Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək
Komitədən Bolgexeber.com-a bildirilib ki, qəbulda Ağsu rayonu ilə yanaşı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı həmin bölgələrin əhalisinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin (02026) 5-10-76, 5-75-06 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı ərazi idarəsinin (02026) 5 01 07, (02022) 6-55-14 nömrələri ilə əlaqə saxlaya bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər