Bakı-Sumqayıt avtobuslarında gediş haqqı 60 qəpiyə endirildi
16-08-2018, 16:44
Oxunub: 3 279
Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı 60 qəpiyə endirilib.
Bolgexeber.com xəbər verir ki, bunu Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub.
N.Allahyarovanın sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib:
"Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi ) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər. Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub. Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin "1655” saylı "Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur. Əlavə olaraq qeyd edim ki, avqust ayının 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər