Rus mafiyası 1 nömrəli “qanuni oğru”sunu seçdi
20-08-2018, 20:34
Oxunub: 3 260
Moskvada qanuni oğrular son illərin ən böyük “sxodka”sını keçiriblər
“Ölkə.Az” xəbər verir ki, 10-dan çox nüfuzlu mafiya başçısı 1 nömrəli qanuni oğrunu seçmək üçün bir yerə toplaşıb. Rusiyanın bu vaxta qədər bir nömrəli oğrusu Şakro Molodoy uzun müddətlik həbs cəzası aldıqdan sonra bu yer boş qalmışdı. “Rosbalt” nəşriyyatının xəbərinə əsasən, “sxodka”nın qərarına əsasən, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Şişkanov bir nömrəli oğru seçilib.
Məlum olub ki, görüş Mixail Lujnetskinin təşəbbüsü ilə keçirilib. “Sxodka” onun nəzarəti altında olan elit restoranların birində baş tutub. Görüşdə bu mafiya başçıları iştirak edib:
Vasya Voskres (Vasiliy Xristoforov”, Miron (Dmitriy Çanturiya), Şişkan (Oleq Şişkanov”, Mişa Lujnetskiy (Mixail Voevodin), Petrik (Aleksey Petrov), Aksen (Sergey Aksenov), Badri Kutaisskiy (Badri Koquşavili), Kaxa (Kaxaber Parpaliya), Quca Kuatisskiy (Elquca Turkadze) və Meliya (Merab Qoqiya) iştirak edib.
Əvvəlcə kriminal dünyada baş verən son hadisələr müzakirə edilib: Lotu Qulinin Türkiyədəki aktivliyi, Tariel Oianinin Rusiyaya girişinə qadağa qoyulması, Şakronun uzun müddətlik həbs edilməsi və s.
Bütün görüş iştirakçıları ümumi fikrə gəliblər ki, Şakronun 9 il 10 ay müddətinə həbs edilməsi ölkə kriminal dünyasına yeni rəhbər seçilməsi tələbini ortaya çıxarıb. Mafiozlar bu posta Oleq Şişkanovu layiq görüblər. Artıq Rusiya mafiyasının lideri Şişkandır. Bu yaxın günlərdə isə “sxodka”nın qərarı kriminal aləmin bütün nümayəndələrinə çatdırılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər