BolgeXeber.Com » Xəbərlər » Xətainin icra başçısı və qohumundan Heydər Əliyevin xatirəsinə böyük sayğısızlıq- FOTOFAKT
Xətainin icra başçısı və qohumundan Heydər Əliyevin xatirəsinə böyük sayğısızlıq- FOTOFAKT
21-08-2018, 13:17
Oxunub: 4 113
Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətindən yolunuz düşsəydi, gözlərinizə inanmayacaqdınız
AFN.az xəbər verir ki, MKTB əməkdaşları tərəfindən mərhum prezident Heydər Əliyevə qarşı laqeydlik göstərilib. Belə ki, H.Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə olan birgə portret lövhələri yerə atılıb və plakatlar hörmətsiz şəkildə qalıb, üzərinə isə dəmirlər qoyulub. Bu fakt artıq mediaya çıxıb və dərhal MKTB rəhbərliyi hərəkətə keçib.
MKTB rəisi Əvəz İsmayılov işçiləri danlayıb, bəzilərinə töhmət verib. Fotoların mətbuata çıxmasına görə onun özünə də söz gəlib. Ə.İsmayılov Xətai RİH başçısı Razim Məmmədovun bibisi oğludur. İddialara görə, icra başçısı bibisi oğluna bu məsələyə görə irad bildirib.
Amma məsələ ondadır ki, icra başçısının qohumu faktlar mediada ictimailəşənə qədər heç bir tədbir görməyib, hər gün portretləri yerdə, dəmirlərin altında görsə də, laqeydlik göstərib.
Amma Ə.İsmayılov bir idarə rəisi kimi diqqətli və həssas olmalıydı. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanda tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanunun qəbul edilməsi təklif edilirdi və onların təhqir olunmasının qarşısını almaq təşəbbüsü qaldırılmışdı.
Bu günlərdə Türkiyədə isə Atatürkü təhqir edən biri həbs edilib. Azərbaycanda bu sahədə ciddi boşluqlar olduğu yuxarıda qeyd edilən faktdan da açıq-aydın görünür.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər