BolgeXeber.Com » Xəbərlər » Qusarda yol tikintisinə pul ayrıldı-SƏRƏNCAM

Qusarda yol tikintisinə pul ayrıldı-SƏRƏNCAM

21-08-2018, 17:49
Oxunub: 3 041 Qusarda yol tikintisinə pul ayrıldı-SƏRƏNCAMPrezident İlham Əliyev “Qusar rayonunun Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.