Bu gün Elçibəyin anım günüdür
22-08-2018, 13:14
Oxunub: 3 105
Bu gün milli-azadlıq hərəkatının rəhbərlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatının 18-ci ildönümüdür.
Bolgexeber.comxatırladır ki, Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olan sabiq prezident 1962-ci ildə təhsilini tamamlayaraq təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. O, 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilib, 1965-ci ildə isə ölkəyə dönərək ADU-nun aspiranturasına daxil olub. 1968-ci ildə aspirantura təhsilini uğurla tamamlayıb.
Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə qiyamı ilə əlaqədar paytaxtı tərk edərək Kələki kəndinə gedib. O, daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Qeyd edək ki, 2000-ci il avqustun 22-də, 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edən Elçibəy Fəxri Xiyabanda dəfn edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər