Agentlik qərar verdi:Qəssablar saya salmadı - BAYRAM MƏNZƏRƏSİ
24-08-2018, 09:29
Oxunub: 3 128
Məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyi bu ildən etibarən Qurban bayramı ilə əlaqədar heyvan kəsimini həyata keçirib.
Agentlik bayramdan xeyli öncə açıqlamalarında müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçiriləcəyini bəyan etmişdi. Hətta yerli icra hakimiyyəti orqanları ilə birgə yaradılmış kəsim məntəqələrində heyvan kəsiminin aparılacağını bildirmişdi. Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 11 iyun 2018-ci il tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsilməsinin qarşısının alınması və tələblərə uyğun müasir məntəqələrin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür. Bu öhdəliyə eynilə Qida Təhlükəsizliyi Agentliyinin də əməl etməsi müəyyən mənada şərt kimi qeyd olunur.
Cebhe.info-nun əməkdaşı Qurban bayramı günlərində paytaxtın müxtəlif ərazilərində heyvan kəsimi və satışı yerlərində müşahidələr aparıb. Müşahidələr zamanı heyvan kəsimi ilə məşğul olan şəxslər tərəfindən yenə də ötən illərdəki kimi küçələrdə və yol kənarlarında heyvan kəsimi və satışının həyata keçirildiyinin şahidi olduq. İnsanların gözü qarşısında, əsasən yol kənarlarında sanitariya və gigiyena normalarına uyğun olmayan şəkildə həyata keçirilən heyvan kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə ilk fəaliyyətsizliyini ortaya qoymuş oldu.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər