Lotu Qulinin birgünlük həbsinin təfərrüatları-VİDEO
24-08-2018, 10:42
Oxunub: 2 693
Çernoqoriyada həbs olunduğu barədə məlumat yayılan azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yeni görüntüləri ortaya çıxıb.
Bolgexeber.com xəbər verir ki, Baku.Tv-nin əldə etdiyi kadrlarda çəkilişi aparan şəxs Lotu Quliyə “bəs deyirdilər tutulub, nə oldu?” sualını verir.
Masa arxasında əyləşən “kriminal avtoritet” isə suala gülüşlə cavab verir.
Qeyd edək ki, azərbaycanlı avtoritet ötən gün Çernoqoriyanın Podqoritsa şəhərinin hava limanında Rusiya Federasiyasının sorğusu əsasında “İnterpol” tərəfindən saxlanılıb.
Lakin Podqoritsa məhkəməsi Rusiyanın irəli sürdüyü ittihamları qəbul etməyərək, həmin ittihamlarda göstərilən cinayətlərin baş verdiyi tarixdə Lotu Qulinin Azərbaycanda həbsdə olduğunu bildirib.
Məhkəmə qərarından sonra bu gün, yerli vaxtla saat 10:30 radələrində Lotu Quli sərbəst buraxılıb.
Bununla yanaşı, Nadir Səlifov Çernoqoriya məhkəməsinin Rusiyanın ittihamlarını əsassız rədd etməsini nəzərə alaraq, yaşayış üçün bu ölkəni seçib və bundan sonra o, Çernoqoriyada yaşayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər