Siyəzəndə ağır yol qəzası baş verib, 6 nəfər ölüb
25-08-2018, 17:59
Oxunub: 3 498
Siyəzən rayonunda ağır yol qəzası baş verib.
Bolgexeber.com-un Qafqazinfo.az-a istinadən məlumatına görə, Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı avtomobillə “Daewoo” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.
Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, avqustun 24-də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər