BolgeXeber.Com » Xəbərlər » Baş redaktora və övladına həyati təhlükə yaradan “Məşhur” avtoxuliqan saxlanıldı

Baş redaktora və övladına həyati təhlükə yaradan “Məşhur” avtoxuliqan saxlanıldı

28-08-2018, 10:41
Oxunub: 5 108 Baş redaktora və övladına həyati təhlükə yaradan “Məşhur” avtoxuliqan saxlanıldıYazıda bildirilirdi ki,“NazLifan” markalı, 90-MS-489 dövlət nömrə nişanlı maşını “idarə” edən bu avtoxuliqanı Masazır və Nəsimi rayonunda tanımayan yoxdur.

Xəbər verdiyimiz kimi uzun müddətdir ki, Bakı şəhər sakinləri sözün əsl mənasında bir avtoxuliqanın əlində girinc qalmışdı Demək olar ki, həmin avtoxuliqanın ictimai asayişi pozan hərəkətləri ucbatından hər gün Memar Əcəmi metrosunun yaxınlığında dava-dalaş baş verirdi. Təxminən bir həftə öncə də redaksiyamıza zəng edən oxucularımızdan biri qeyd edirdi ki, bu avtoxuliqan (aşağıda haqqında verilib) onu az qalıb kimi maşının təkərləri altına salsın. Üstəlik avtoxuliqan yerə düşərək piyadanı hədələməkdən də çəkinməyib. Həmin bu avtoxuliqan bolgexeber.com sayıtının Baş redaktoru Vasif Turan və onun 5 yaşlı oğluna həyati təhlükə yaratmışdır.
Belə ki, V.Turan və 5 yaşlı oğlu (Ruhəd) Masazırda “Araz market”in yaxınlığında piyada keçidindən keçirmiş. Bu zaman bir taksi sürücüsü jurnalistə yol verməyib, əksinə ayağını əyləcə də basmayıb. Yüksək sürətlə hərəkət edən taksi sürücüsü piyada keçidində az qalıb ki, jurnalisti və övladını vursun. V.Turanın haqlı iradlarını qəbul etməyən taksi sürücüsü hədə-qorxuya başlayıb və piyada zolağından məqsədli şəkildə yüksək sürətlə keçdiyini bildirib.

Yazıda bildirilirdi ki,“NazLifan” markalı, 90-MS-489 dövlət nömrə nişanlı maşını “idarə” edən bu avtoxuliqanı Masazır və Nəsimi rayonunda tanımayan yoxdur.
““NazLifan” markalı, 90-MS-489 dövlət nömrə nişanlı maşını “idarə” edən bu avtoxuliqanı Masazır və Nəsimi rayonunda tanımayan yoxdur. Ona görə ki, bu taksi sürücüsü Masazır-M.Əcəmi, M.Əcəmi-Masazır xətti üzrə taksi fəaliyyəti ilə məşğuldur. Təkcə taksi fəaliyyəti ilə məşğul olmur, həm də adıçəkilən ərazilərdə qanuna tabe olmayan, piyadalara ölüm təhlükəsi yaradan avtoxuliqan kimi tanınır”
Bolgexeber.com-un Baş redaktoru bildirmişdi ki, rastlaşdığı bu qanunsuz hərəkətlə bağlı DİN rəhbərliyinə müraciət ünvanlayacaq.
V.Turan məsələ ilə bağlı dərhal həm Masazır YPX-sına, həm də Nəsimi rayon Yol Polisinə məlumat vermişdi.
Jurnalist həmçinin BŞBDYPİ-nin şöbə müdiri Vaqif Əsədova məlumat verib. V.Əsədov qeyd etmişdi ki, hadisə ilə bağlı araşdırılma aparılacaq və rəhbərliyə məruzə olunacaq.
Bu gün redaksiyamıza daxil olan məlumata görə artıq Abşeron Rayon Dövlət Yol Polis idarəsi şikayətlə bağlı tədbir görüb.Belə ki, Abşeron Rayon Dövlət Yol Polis idarəsinin əməkdaşları operativ tədbirlər nəticəsində onun avtomobili Abşeron Rayon Dövlət Yol Polis idarəsinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb, onunla bağlı araşdırmalara başlanılıb.

Biz inanırıq ki,bundan sonra da Daxili işlər nazirliyi vətəndaşların şikayətlərinə və müraciətlərinə bu məsələdə olduğu kimi operativ və obyektiv reaksiya verməkdə davam edəcək. Bu cür mövqe sərgilədiklərinə,vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə təmin etmələrinə və qanunun keşiyində möhkəm durduqları üçün DİN rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümzü bildiririk.

Bolgexeber.com