Elmar Vəliyev işdən niyə çıxarıldı? - Səbəb
28-08-2018, 17:10
Oxunub: 2 844
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub
Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncədəki bəlli hadisələrdən sonra merin dəyişdiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənsə də, E. Vəliyevin öz vəzifəsində saxlanacağı ilə bağlı ehtimallar da var idi. Son günlər elektron KİV və sosial şəbəkələrdə onun müalicə aldığı tibb müəssisəsində özünün gəzməsi və yemək yeməsini əks etdirən video görüntülərin yayılması da sonuncu ehtimalları artırmışdı.
E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsdən sonra uzun müddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır. Belə ki, sözügedən görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub. Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub. Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər