BolgeXeber.Com » Xəbərlər » Lerikdəki zəlzələ nəticəsində 40-a yaxın evdə çatlar yaranıb, ziyan dəyən evlərin sayı arta bilər
Lerikdəki zəlzələ nəticəsində 40-a yaxın evdə çatlar yaranıb, ziyan dəyən evlərin sayı arta bilər
29-08-2018, 12:51
Oxunub: 2 927
Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində ziyan dəyən ev və obyektlərin sayı arta bilər.
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, rayon ərazisində 40-a yaxın evdə çatlar əmələ gəlib.
Onun sözlərinə görə, çox təhlükə yaradan çatlar aşkarlanmasa da, evlərə ziyan dəyib: "Hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə araşdırmaları davam etdirir. Çatlar yaranan evlərin sayı arta bilər. Çünki hələ müraciətlər daxil olmaqdadır".
H.Məlikov bildirib ki, hadisə ilə bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlara məlumat verilib.
Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev isə Trend-ə bildirib ki, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırmaları davam etdirdiyindən zəlzələ nəticəsində ziyan çəkən ev və obyektlərin sayı dəqiqləşdirilməyib:
"Yerlərdən müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər komissiya tərəfindən araşdırılır. Araşdırmalar başa çatandan sonra zəlzələdən ziyan çəkən evlərin sayı barədə məlumat veriləcək".
Qeyd edək ki, ötən gün Lerikdə iki zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər