BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıb

29-08-2018, 18:20
Oxunub: 2 266 Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıbPrezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.