6 nəfər niyə intihar etmək istədi? - Məşhur şirkətin işçiləridir
6-09-2018, 12:05
Oxunub: 3 431
Xəbər verdiyimiz kimi, Bakıda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon İcra Hakimiyyəti həmin şəxslərin kimlikləri və intihara cəhdetmə səbəbi barədə məlumat yayıb.
Bildirilib ki, onlar “Aves” MTK adlı özəl şirkətin işçiləri olub və əməkhaqqını ala bilmədikləri üçün bu addımı atıb:
““Aves” MTK-dan işdən azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd edib”.
Qeyd edək ki, “Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər