BolgeXeber.Com » Xəbərlər » 22 saylı Uşaq Poliklinikası nümunəvi tibb müəssisəsi kimi

22 saylı Uşaq Poliklinikası nümunəvi tibb müəssisəsi kimi

10-09-2018, 08:31
Oxunub: 61 071 22 saylı Uşaq Poliklinikası nümunəvi tibb müəssisəsi kimi“Dövlətimizin qarşısında duran prioritetlərdən biri uşaqların sağlam şəkildə böyüyərək layiqli vətəndaşa çevrilməsi idi”

Azərbaycan səhiyyəsi inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçib. Bu tarixi mərhələlər dövlətimizin inkişaf amilləri, demokratik dəyərlər və vətəndaş-dövlət münasibətlərinin oturuşmuş konseptual prinsipləri ilə birbaşa bağlıdır. Heç şübhəsiz ki, Azərbaycan səhiyyəsinin inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərində qoyulmuşdur. Həmin ərəfədə qısa bir zamanda səhiyyəmiz böyük tərəqqi yolu keçdi: ölkəmizdə yeni xəstəxanalar tikildi, yarasız tibb müəssisələri təmir edildi, dövlət xəstəxana və poliklinikaları ən müasir tibbi avadanlıqlarla təchiz edildi.
Daha sonra dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında səhiyyə sistemimizdə köklü dəyişiklər baş verdi. Bütün sahələr üzrə dünya təcrübəsindən istifadə edən Azərbaycan tibb sahəsində də böyük uğurlara imza atdı. Təsadüfi deyil ki, azərbyacanlı həkimlər təkcə öz ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində ən ağır əməliyyatlar aparırlar. Dövlət başçısının tapşırıqları əsasında Səhiyyə Naziri Oqtay Şirəliyevin gərgin əməyi sayəsində xeyli uğurlara imza atılıb.
Bu illər ərzində dövlətimizin qarşısında duran prioritetlərdən biri də uşaqlarımızın sağlamlığı, onların xəstəliklərdən uzaq şəkildə sağlam böyüyərək layiqli vətəndaşa çevrilməsi idi. Belə də oldu. Və bunun üçün atılan digər addımlarla bərabər həm də uşaq poliklinikalarında mühüm işlər görüldü. Bu gün uşaq poliklinikaları tam gücü ilə millətə xidmət etməkdədir. Həmin uşaq poliklinikalarından biri də Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 22 saylı uşaq poliklinikasıdır.

Poliklinikada peşəkar heyət uşaqlara daim xüsusi qayğı ilə yanaşır

1972-ci ildən fəaliyyət göstərən 22 saylı uşaq poliklinikanın Poliklinikasında əksər tibbi sahələr üzrə - kardioloq, nevropatoloq, uşaq cərrahı, otorinolarinqoloq, oftalmoloq, infeksionist, psixiatr, loqoped və s. həkimlər çalışırlar. Poliklinikada I pediatriya şöbəsi, II pediatriya şöbəsi, şüa diaqnostika kabineti ,fizioterapiya və tibbi bərp akabineti, klinikdiaqnostik laboratoriya struktur bölmələri mövcuddur. Orada həkim, orta tibbi şçiləri, digər və kiçik tibb işçiləri fəaliyyət göstərir, 21 sahə həkimi çalışır. Xidməti ərazidə 12 orta məktəb, 4 qaçqın məktəbi, 12 saylı Bakı Peşə Liseyi, Plan Sosial İqtisad Kolleci, 14 uşaq bağçası, Bakı Dövlət Neft Energetika Kolleci fəaliyyət göstərir.
22 saylı Uşaq Poliklikasının Baş həkimi Vəfa Əliyeva dövlətimizin ümdə prinsiplərini əsas tutaraq əsl tibb işçisi, mütəxəssis kimi xalqa xidmət etməkdədir. Media qurumu olaraq bir vacib nüansı qeyd etməyi vacib hesab edirik: paytaxt üzrə vətəndaşların redaksiyalara haqqında ən az müraciət etdiyi (demək olar ki, bu hal olmayıb) poliklinikadır. Bu uzun illərin təcrübəsindən gələn nəticədir. Eyni zamanda Sabunçu əhalisi də, həm 22 saylı Uşaq Poliklinanın iş prinsiplərindən, həm də baş həkim kimi V.Əliyevanın qayğıkeşliyindən, uşaqlara olan diqqətindən daim razılıq ediblər. Ən əsası hər bir valideyn əmindir və ümid edir ki, adıçəkilən poliklinikada xəstə övladı şəfa tapacaq. Bir vacib məsələni də qeyd etmək lazımdır ki, haqqında danışılan poliklinika uşaqların peyvənd edilməsi məsələsinə də xüsusi həssaslıqla yanaşaraq daim valideynləri bu işdə məsuliyyətli olmağa çağırır.

Azərbaycan səhiyyə işçilərinə hörmət və sayqılarla, BOLGEXEBER.COM
22 saylı Uşaq Poliklinikası nümunəvi tibb müəssisəsi kimi