BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsinin növbəti şura iclası keçirilib-FOTO

Bərdə Regional Mədəniyyət İdarəsinin növbəti şura iclası keçirilib-FOTO

10-09-2018, 12:49
Oxunub: 2 156 Bərdə Regional Mədəniyyət İdarəsinin növbəti şura iclası keçirilib-FOTOBərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbər işçilərlə birgə növbəti Şura iclası keçirilib

İclasda çıxış edən Şuranın sədri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev öncə vətən uğrunda şəhid olan, o cümlədən Azərbaycan mədəniyyətinin təşəkkül tapmasında, inkişafında misilsiz xidmətləri olan görkəmli xadimlərin ölməz ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

Çıxışını davam etdirən rəis İlyas Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. Gündəlikdə duran birinci məsələ - Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən dahi şəxsiyyətlərin, milli qəhrəmanların, görkəmli mədəniyyət xadimlərinin yubileylərinin, yaradıcılıq gecələrinin mədəniyyət müəssisələrində geniş şəkildə təşkil olunması barədə çıxış edən rəis dövr ərzində mədəniyyət müəssisələrinin təşkil etdiyi mədəni-kütləvi tədbirlərdən söz açıb. Bildirilib ki, tədbirlər mədəniyyət müəssisələri tərəfindən geniş şəkildə təşkil olunub və bu barədə KİV-lərdə, müxtəlif xəbər portallarında məlumatlar dərc edilib.

Gündəliyin ikinci məsələsi olan – Regional İdarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin yeni 2018-2019-cu tədris ilinə hazırlığı haqqında danışan İlyas Hacıyev məktəblərdə təlim-tədris prosesisinə diqqətin artırılmasından, məktəblərin müsabiqə və festivallarda ən yüksək səviyyədə iştirakının vacibliyindən, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülmüş işlərdən danışıb. O da qeyd olunub ki, məktəblərin fəaliyyətinə tədris ili ərzində nəzarət olunacaqdır və səmərəli fəaliyyətinə görə müəllimlər regional idarə tərəfindən qiymətləndiriləcəkdir.

Gündəlikdə duran növbəti, üçüncü məsələ - Regional idarənin tabeliyində olan muzey şəbəkəsinin inkişafı, mövcud olan muzeylərin fondlarının zənginləşdirilməsi sahəsində əhəmiyyətli işin aparılması barədə çıxış edən rəis İlyas Hacıyev mövcud dünya təcrübəsi nəzərə alınaraq muzeylərdə fəaliyyət istiqamətinin genişləndirilməsindən, fondlara yeni eksponatların əlavə olunmasından və bu sahədə digər muzeylərlə qarşılıqlı iş şəraitinin qurulmasından danışıb.

Dördüncü məsələ - Kitabxanalarda oxuculara xidmət işinin təşkil olunması barədə danışan rəis İlyas Hacıyev bu sahədə regional idarə üzrə xeyli inkişafın olduğunu bildirib. O qeyd edib ki, kitabxanalarda Book cafelərin (Kitabxana çay evlərinin) təşkili oxucuları kitabxanalara daha da cəlb edib və bu təcrübə regional idarə tərəfindən mütəmadi olaraq genişləndirilməkdədir.

Sonuncu, beşinci məsələ - klub müəssisələrində optimallaşdırma və təkmilləşmə işi barədə danışan regional idarənin rəisi İlyas Hacıyev bu sahənin də daim diqqət mərkəzində saxlandığını qeyd edib. O da vurğulanıb ki, klub müəssisələri əhalinin mədəni istirahətini yüksək şəkildə təşkil etməlidir və bu baxımdan yeniliklərin tətbiqi qarşıya qoyulan ən vacib məsələlərdəndir.

Şura iclasının davamı olaraq regional idarənin Mingəçevir şəhəri üzrə nümayəndəsi – baş məsləhətçi Şəlalə Sadəddinovanın, Yevlax şəhər üzrə nümayəndəsi – baş məsləhətçi Rafiq Məmmədovun, Tərtər rayonu üzrə nümayəndəsi - baş məsləhətçi Ceyhun İsmayılzadənin və Bərdə rayonundan regional idarənin məsləhətçisi – Validə Nabatovanın hesabat tipli məruzələri dinlənilib. Məruzələrdə regional idarənin tabeliyində olan şəhər və rayonlarda cari ilin yanvar-avqust ayları ərzində görülmüş işlərdən, əldə olunmuş naliyyətlərdən və bəzi çatışmazlıqlardan söz açılıb.

Bununla yanaşı əldə olunan naliyyətlərə görə müsabiqə və festivallarda yüksək nəticələr əldə edən bir qrup şagird və müəllimlərə regional idarə tərəfindən dəyərli hədiyyələrlə təqdim olunub.

Sonda mədəniyyət müəssisələrinin səmərəli fəaliyyəti istiqamətində təkliflər dinlənilib, qarşıya qoyulan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Bolgexeber.com