“Altes plaza”dan fəhlələrə qəribə qadağa - FOTO
24-09-2018, 09:32
Oxunub: 3 594
“Altes plaza” tikinti şirkəti binalarında işləyən fəhlələrin nəzərinə çatdırıb ki, sakinlərə və ofis işçilərinə xidmət edən güzgülü liftlərdən istifadə etmək onlara qadağandır.
AzEuroNews.com xəbər verir ki, bu elanın şəkli sosial şəbəkələrdə paylaşılıb və ictimai qınaqla qarşılanıb. Feysbuk istifadəçiləri şirkətin fəhlələri təhqir etdiyini bildiriblər.
Bəziləri bunun sərnişin və yük liftləri ilə əlaqəli olduğunu izah etməyə çalışıb. Fəhlələr sərnişin liftinə daxil olanda əllərindəki tikinti materialı ilə güzgüləri zədələyirlər.
Amma sosial şəbəkə istifadəçiləri arasında bununla razılaşmayanlar olub. Onlar rəy bildiriblər ki, fəhlələr tikinti materialları ilə onsuz da sərnişin liftinə daxil ola bilmirlər.
Çünki həmin liftlər darısqal olur və geniş olan yük liftindən istifadə edilir. Feysbuk istifadəçiləri sadəcə, şirkətin fəhlələri saymadığı, aşağıladığı qənaətinə gəliblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər