BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

25-09-2018, 11:37
Oxunub: 2 030 Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıbSumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, kütləvi dava zamanı iki nəfər - 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.