BolgeXeber.Com » Xəbərlər » "Veysəloğlu"dan "Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı” yazısına təkzib

"Veysəloğlu"dan "Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı” yazısına təkzib

28-09-2018, 11:40
Oxunub: 1 907 "Veysəloğlu"dan "Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı” yazısına təkzibYazıda qeyd olunan "Filial müdirini işdən azad edirərək baş vermiş oğurluqları da, bütün əyər-əskikləri də məhz onun belinə yükləyirlər" fikri araşdırılma aparılmadan və qarşı tərəfin mövqeyi verilmədən dərc olunmuşdur

02 avqust 2018 Bölgəxəbər.com saytında yayımlanan “"Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı” xəbərindəki məlumatlar bir daha araşdırılmış və məlumatların həqiqətə uyğun olmadığı müəyyən olunmuşdur

Yazıda "OBA marketdə filial müdirləri hansı formada şərlənir?” başlığı ilə qeyd olunan hissədə məlumatlar həqiqəti əks etdirmir. Marketlərdə çalışan işçilər müştərilərə qarşı hər zaman nəzakətli davranmış, Veysəloğlu Qrupun o cümlədən pərakəndə sektorunda qəbul olunmuş etik davranış kodekslərinə və əxlaq normalarına daima əməl olunmuşdur. Bundan başqa Bərdə rayonunda yerləşən OBA marketdə baş vermiş bıçaqlanma hadisəsi də yazıda qeyd olunduğu kimi əxlaqsızlıq zəminində deyil əmək fəaliyyətinin dayandırılması ilə bağlı baş verib. Hadisə ilə bağlı təfərrüatlı məlumatı https://bolgexeber.com/index.php?newsid=48245 linki vasitəsi ilə əldə edə bilərsiniz.
Yazıda qeyd olunan "Filial müdirini işdən azad edirərək baş vermiş oğurluqları da, bütün əyər-əskikləri də məhz onun belinə yükləyirlər" fikri araşdırılma aparılmadan və qarşı tərəfin mövqeyi verilmədən dərc olunmuşdur. Qeyd edək ki, Veysəloğlu Qrup cəmiyyət qarşısında sosial məsuliyyətlərini tam olaraq başa düşür və əməkdaşlarına qarşı hər zaman ədalətli davranır. Qeyd olunan məsələ ilə bağlı marketlərdə aidiyyatı bölmələr tərəfindən daima yoxlamalar aparılır və market çalışanları təlimatlandırılır. Bütün hallarda marketə daxil olan məhsullar qaimə əsasında təhvil təslim olunur. Yoxlamalar zamanı ümumi satış, daxil olan məhsul sayı və marketdə qalan məhsul sayının uyğunluğu müqayisə edilir. Təbii ki, heç bir halda kamera görüntüləri ilə müəyyən olunan oğurluqlarda məsuliyyəti mağaza çalışanları daşımır. Oğurluq edən şəxslər barədə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına məlumat verilir. Eyni zamanda marketlərin hər birində günlük yararsız hala düşən məhsullar üçün məbləğ müəyyənləşdirilib və bu məbləğ ümumi hesabdan birdəfəlik silinir.
OBA marketlər şəbəkəsində xüsusi bir dəstənin formalaşdırılması ilə bağlı fikirlər də həqiqəti əks etdirmir. Əksinə Veysəloğlu Şirkətlər Qrupu marketlərdə çalışan bütün əməkdaşlarını əvvəlcə “Veysəloğlu təlim, tədris və kareiyera mərkəzi”-ndə təlimlərə və seminarlara göndərir. Onlara müştəri ilə etik davranış kodeksləri, məhsullar barədə ümumi məlumat və s. nəzəri və prakatiki tədris olunur. Şirkət əməkdaşlarının kariyera yüksəlişi üçün bütün şəraitlər yaradılır.