Zakir Həsənov ordu rəhbərliyinə tapşırıq verdi: "Təhlükəsizlik təmin edilsin"
29-09-2018, 14:13
Oxunub: 3 223
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 29-da Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir qoşunların təmas xəttində yaranmış son vəziyyətin təhlilini apararaq əsas diqqəti döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də qış mövsümünə hazırlığın sona çatdırılması, dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar göstərişlər verib.
Müşavirə zamanı general-polkovnik Z.Həsənov gənc əsgərlərlə işin təşkili, fərdi və tərbiyə işinin səmərəliliyinin artırılması, trenajorlarda və təlim mərkəzlərində keçirilən nəzəri məşğələlərin intensivləşdirilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının fəaliyyətlərinin təhlili və müxtəlif peşələr üzrə yarışların keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər