"Azəriqaz" sakinləri çilədən çıxarıb... - GİLEY
3-10-2018, 09:16
Oxunub: 2 026
Sakinlər bildirir ki, artıq bununla bağlı etiraz etmək, yolu kəsmək istəyirlər
Redaksiyamıza müraciət edən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsinin sakinləri evlərində təbii qazın olmamasından giley edirlər
DİA.AZ-a müraciət edən sakinlər bildirir ki, 2 gündür təbii qaz üzünə həsrət qalıblar və "Azəriqaz"dan müxtəlif bəhanələr gətirirlər.
Sakinlər bildirir: "Bizim ərazidə yeni yol çəkirlər. Birinci gün dedilər ki, yol çəkərkən qəza baş verib. Amma yalan deyirlər. Yenə də problem qalıb. Qaynar xətt-ə zəng edirik, deyirlər ki, cəmi 5-6 ev qalıb, problemi həll edirlər. Amma 3-cü gündür ki, problem qalır və onların dediklərindən qat-qat artıq evdə təbii qaz yoxdur".
Sakinlər bildirir ki, artıq bununla bağlı etiraz etmək, yolu kəsmək istəyirlər: "Evində körpəsi, xəstəsi olan var. Belə işləmək olmaz axı... Hara şikayət edəcəyimizi bilmirik".
Məsələni diqqətdə saxlayacağıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər