BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov yeni polis rəisləri təyin etdi

Ramil Usubov yeni polis rəisləri təyin etdi

5-10-2018, 18:16
Oxunub: 2 382 Ramil Usubov yeni polis rəisləri təyin etdiBakının bir neçə polis bölməsində yerdəyişmələr qeydə alınıb.

“Ölkə.Az”ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin rəisi İltimas Yusifli Nəsimi rayon Polis İdarəsinin 19-cu Şöbəsinə rəis göndərilib. Onun yerinə isə 20-ci Bölmənin rəisi Nasir Babayev təyinat alıb.