BolgeXeber.Com » Xəbərlər » "Lotu Quli" Lənkəranskinin qətlində ittiham olunur: Azərbaycana ekstradisiya ediləcək
"Lotu Quli" Lənkəranskinin qətlində ittiham olunur: Azərbaycana ekstradisiya ediləcək
9-10-2018, 11:30
Oxunub: 2 918
"Lotu Quli" ləqəbli Nadir Səlifovun İstanbulda ötən axşam saxlanılması ilə bağlı detallar məlum olur.
Bolgexeber.com milli.az-a istinadən xəbər verir ki, Qulinin adı Azərbaycan və Rusiyada bir çox cinayət işində hallanır, eləcə də 2016-cı ilin avqust ayında Beşiktaşda Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi hadisəsində sifarişçi olmaqda təqsirləndirilir.
Azərbaycan hökumətinin barəsində həbs qərarı verildiyi bildirilən Səlifov İstanbulda yaşadığı ünvana təşkil edilən əməliyyat zamanı saxlanılıb.
Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.
***
Türkiyədə yaşayan "qanuni oğru” Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.
Bolgexeber.com "qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində kriminal aləmin üzvünü yaxalayaraq onu müvəqqəti təcridxanaya gətiriblər.
"Loti Quli” Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.
Qeyd olunur ki, Rusiyanın "Rambler. ru” saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır” başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli”nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub.
Hazırda "Lotu Quli” İstanbul Polis İdarəsində dindirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər