İlhamə Quliyevanın oğlunun yeni əməlləri üzə çıxdı
15-10-2018, 16:24
Oxunub: 2 331
Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı və vərəsəsi olan Gülbahar Quliyeva Orxan Nadirov haqqında polisə şikayət edib.
Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, İlhamə Quliyevadan qalma miras mənzil G.Quliyeva tərəfindən qəbul etdikdən sonra müəyyən olunub ki, mənzilin əşyalarının böyük hissəsi Orxan Nadirov tərəfindən talanaraq satılıb.
Bundan başqa, o da müəyyən olunub ki, O.Nadirov İ.Quliyevaya məxsus BMW markalı avtomobili sürücüsü Vüsalın əlindən alaraq satıb.
G.Quliyeva O.Nadirov haqqında Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
Qeyd edək ki, O.Nadirov oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.
O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında, 73 yaşında dünyasını dəyişib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər