İlhamə Quliyevanın ailəsində qalmaqal
17-10-2018, 17:05
Oxunub: 2 525
Mərhum İlhamə Quliyevanın vərəsələri olan bacı və qardaşları Orxan Nadirovun həbs edilməsi ilə bağlı açıqlama veriblər
Quliyevlər ailəsini təmsil edən vəkil Zaur Niftəliyev Oxu.Az-a bildirib ki, heç vaxt kimlərəsə qarşı əsassız ittihamla çıxış etmədikləri halda şər, böhtan və yalanın qurbanına çevriliblər.
Quliyevlərin fikrini ifadə edən vəkil qeyd edib ki, əvvəla onların vərəsə olmalarını özləri deyil, qanun müəyyən edib:
“Belə ki, mərhum İlhamə Quliyevanın onlardan yaxın qohumları (bacı və qardaş) olmadığından Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə altı vərəsə mərhum xalq artistinin vərəsəsi tanınıb. Özünü İlhamə Quliyevanın oğlu olaraq ictimaiyyətə təqdim edən Orxan Nadirov isə mərhum İlhamə xanımın oğlu deyil. O.Nadirov övladlığın tanınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilib.
Bütün bunlara baxmayaraq Quliyevlər ailəsi dəfələrlə O.Nadirova söz-söhbətlərə son qoymaqla gəlib onlarla birlikdə olmağı (yəni qeyri rəsmi vərəsə olmağı) təklif etsələr də, Orxan yeganə vərəsə olduğunu, miras əmlakın yalnız ona çatacağını iddia edib təklifləri rədd etmişdir.
Atalar isə başqa cür buyurub, çox istəyən azdan olar. Odur ki, mediaya çıxıb O.Nadirovu tərifləyən, onun mərhum İ.Quliyevanın oğlu olduğunu bəyan edən şəxslərə həqiqəti və düzgün danışmaqları tövsiyə olunur”.
Son vaxtlar mediada O.Nadirovun həbs olunmasını az qala Quliyevlər ailəsi ilə əlaqələndirilməsinə fikir bildirən vəkil qeyd edib ki, bu tam ədalətsiz bir iddiadır. Belə ki, Orxan Nadirov əvvəllər də bir neçə dəfə məhkum və həbs olunub, onu kimsə dələduzluq etməyə məcbur etməyib:
“Əksinə, uzun müddət güzəştə gedən Quliyevlər ailəsi artıq dözməyib O.Nadirovun haqqında miras əmlaka aid “BMW 750i” markalı avtomaşının talanması ilə bağlı Xəzər rayon Polis İdarəsinə, külli miqdarda mərhum İ.Quliyevanın mənzilindən əşyaların talanması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət ediblər” – deyə, o bildirib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər