Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb
18-10-2018, 09:48
Oxunub: 2 408
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, zərərçəkmiş qismində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Vergilər Nazirliyi tanınıb.
Hakim bildirib ki, həm DTX, həm də nazirlik mülki iddia qaldırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Sülüymanlı vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.
QQeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 10 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.
Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.
Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.
Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər