DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi (FOTO)
18-10-2018, 11:39
Oxunub: 3 216
Xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapıb
Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bahram Hasanzada dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılıb, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də, Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplayıb, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.
Hazırda araşdırmalar davam edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- Dünən, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə