Qaşıqçının qatili bu GENERAL İMİŞ - Dünyanı sarsıdan ŞOK İDDİA - FOTO
19-10-2018, 11:35
Oxunub: 3 031
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətli (Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda yoxa çıxan jurnalistlə bağlı bütün versiyalar onun öldürülməsi ilə bağlıdır – red.) üzrə məsuliyyəti vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yüksək vəzifəli məsləhətçilərindən biri, kəşfiyyat səlahiyyətlisi general Əhməd əl-Assirinin üzərinə atmağa hazırlaşır
Bu iddia ilə ABŞ-ın "Nyu-York Tayms” nəşri çıxış edib.
Qəzetə görə, Səudiyyə Ərəbistanı rəhbərliyi generalın Qaşıqçının yuyulması üçün Məhəmməd ibn Salmandan şifahi səlahiyyət aldığını, ancaq Assirinin bu səlahiyyəti ya səhv anlayaraq, ya da səlahiyyətlərini aşaraq jurnalisti öldürdüyünü açıqlayacaq.
Mənbələrə görə, Ağ Evin səlahiyyətliləri ilə görüşən səudiyyəli rəsmilər də Assirinin adını veriblər.
Qeyd edək ki, ötən gün yayılan xəbərə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı haqqında sərt bəyanatla çıxış edib. Pompeo Məhəmməd ibn Salmana Qaşıqçı ilə bağlı aparılan istintaqının yekunlaşması üçün 72 saat vaxt verdiyi bildirilir.
"İstintaqı bitirmək üçün 72 saat vaxtınız var, ya da sanksiya ilə üz-üzə qalacaqsınız”, - deyə dövlət katibi xəbərdarlıq edib.
Dövlət Departamentinin başçısı bildirib ki, əks halda krallıq sanksiya təhlükəsi ilə üz-üzə qalacaq. O, Salmanın taxta çıxmasının Qaşıqçı hadisəsini necə həll edilməsindən asılı olacağını vurğulayıb.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü iddia edilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər