BolgeXeber.Com » Xəbərlər » Əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər - Qız ərinə zəng edib ki... - VİDEO

Əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər - Qız ərinə zəng edib ki... - VİDEO

23-10-2018, 12:59
Oxunub: 1 605 Əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər - Qız ərinə zəng edib ki... - VİDEOQubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

Bolgexeber.com-un criminal.az-a istinadən məlumatına görə, 26 yaşlı Elşad Əsədov əmisi oğlunun 25 yaşlı həyat yoldaşı Aynur Əsədovanı qaçırıb.

A.Əsədova evdən qohumugilə getmək adı ilə çıxıb və E.Əsədovla görüb avtovağzala gəliblər. Taksi ilə Bakıya gələrək Bakılxanov qəsəbəsində kirayə ev tutub birlikdə yaşayıblar. Qadın daha sonra ərinə zəng edərək sevdiyinə qovuşduğunu və onunla xaricə gedəcəyini bildirib. Onların Bakıdakı yerini müəyyən etmək üçün Elşadı izləyiblər.

Evin yerini biləndən sonra qohumları gəlib onları Qubaya aparıblar. Qadın qohumlarına bildirib ki, Elşadı sevir və onunla xoşbəxtdir.
Daha sonra Elşadı qızın atasının yanına aparıblar. Orada Elşadı xeyli sayda adam yerə yıxaraq döyüb. O, aldığı zərbələrdən ölüb.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov polislər tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.

-----------
12:52

Aynurla Elşad arasında hansısa münasibətin olmağına dair heç bir məlumatımız olmayıb. Kənd camaatı da onların münasibətdə olmasından şübhələnməyiblər.

Bolgexeber.com xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında Quba rayon Tükəkaran icra nümayəndəliyinin sədri Elxan Məmmədhüseynov səsləndirib. İcra nümayəndəsi bildirib ki, sözügedən şəxslərin hər ikisi rayonun Tülər kəndindəndirlər:

"Əsədova Aynur Sadıq qızı 1993-cü il, Əsədov Elşad Yaqut oğlu 1992-ci il təvəllüdlüdür. Gəlinin həyat yoldaşı Əsədov Şahmar Nəbi oğlu 1986-ci il təvəllüdlüdür. Əsədov Elşad Qubada yaşamırdı, Bakıda kafelərdə çalışırdı. Gəlinin yoldaşı isə təsərrüfatla məşğuldur. Aynurun Şahmarla nikahından iki övladı var. Elşad Əsədov isə evli olmayıb, subay idi. Heç vaxt bu iki şəxs arasında hansısa münasibət hiss etməmişik. Aynurun harda olduğu bilinmir, yoldaşı isə kənddədir".

Qeyd edək ki, "Report"un yaydığı xəbərdə bildirilir ki, Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər.

Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

---------
11:05

Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

Bolgexeber.comreport-a istinadən xəbər verir ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.