BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

24-10-2018, 10:58
Oxunub: 1 438 Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb2018-ci il oktyabr ayının 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

DİN-dən daxil olan məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılmışdır.