Ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı
24-10-2018, 14:38
Oxunub: 3 085
Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır.
Bildirilir ki, linçetmədə iştirak etmiş 50-60 nəfər kənd sakini müəyyən edilərək istintaqa cəlb edilib. Bundan başqa 2 övladını və ailəsini ataraq yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı A.Ə. də istintaqa cəlb edilib və onun ifadəsi alınıb.
Hazırda qətlin təşkilatçılarının və digər iştirakçıların tam dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, qətlə yetirilən 26 yaşlı E.Ə. xeyli vaxt imiş ki, Bakıda yaşayırmış. O, daha əvvəl Bakıda başqa qızla nişanlı olsa da, sonradan izdivac pozulub. Bir müddət sonra isə onun, kənddə qonşuluqda yaşayan əmisinin gəlini A.Ə. ilə münasibəti yaranıb. 25 yaşlı qadın uşaqlarını ataraq Bakıya qaçmağa razı olub. Bundan sonra qızın atası, qardaşları, eləcə də onun həyat yoldaşı və digrə qohumları Bakıda məskunlaşan cütlüyü axtarmağa başlayıb və onları yaxalayaraq maşınla qubaya gətirib. Qətl hadisəsi də kənddə küçədə təşkil edilmiş linçetmə mərasimində baş verib./Publika.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər