Əmisi oğlunun arvadını qaçıran oğlanın yasına gələn olmadı – Söyüş qoyulubmuş
25-10-2018, 15:17
Oxunub: 2 986
Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçırdığı üçün öldürülən gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb
Bolgexeber.com baku.ws-ə istinadla xəbər verir ki, ATV-də yayımlanan “Bizimləsən” verilişində hadisənin baş verdiyi Qubanın Tülər kəndindən süjet yayımlanıb.
Mərhumun evində olan kanal əməkdaşları öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasiminə qatılan yaxınlarından açıqlama alıb. İki uşaq anası olan Aynuru qaçıran Elşadın qohumları dəhşətli cinayətin detallarından danışıblar.
Bildirilib ki, Elşadı gecə kəndin camaatı döyüb. Ürəyinə iki dəfə bıçaq vurulub. Anası iddia edir ki, öləndən sonra da oğlunu döyüblər. Onu vurmayan kənd camaatına süyüş qoyulub. Hətta yas mərasimində iştirak etmək istəyənlərə də söyüş söyülüb. Məhz buna görə Elşadın yasında cəmi 4 nəfər iştirak edib.
Qeyd edək ki, oktyabrın 22-də Elşad 2 uşaq anası olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər