BolgeXeber.Com » Xəbərlər » “Həmişə yaşar şairimiz” adlı ədəbi-bədii musiqili kompozisiya təşkil olunub-FOTO

“Həmişə yaşar şairimiz” adlı ədəbi-bədii musiqili kompozisiya təşkil olunub-FOTO

26-10-2018, 18:20
Oxunub: 2 150 “Həmişə yaşar şairimiz” adlı  ədəbi-bədii musiqili kompozisiya təşkil olunub-FOTOYevlax şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubleyinə həsr edilmiş “Həmişə yaşar şairimiz” adlı ədəbi-bədii musiqili kompozisiya təşkil olunub

Bərdə Regional Mədəniyyət İdarəsinin tabelində olan Yevlax şəhər Mədəniyyət Mərkəzi və Mərkəzin filialı olan Şəhər Yaradıcılıq evi ilə birlikdə 26 oktyabr 2018- ci il tarixdə Şəhər Yaradıcılıq evində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin 110 illik yubleyinə həsr edilmiş “Həmişə yaşar şairimiz” adlı ədəbi-bədii musiqili kompozisiya təşkil olunub.

Tədbirin təşkilatçıları və quruluşçu rejissorları, ssenari müəllifləri Respublikanın Əməkdar Mədəniyyət İşçiləri Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev, Şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlova olub. Tədbirin aparıcıları Eldəniz Mustafayev və Türkan Əliyeva tədbirə dəvət olunmuş qonaqları bədii tərtibatla salamlayıblar, sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kür” vokal unistrumental ansamblı Mikayıl Müşfiqin şerlərinə bəstələnmiş musiqilər ifa edib, eyni zamanda şairin bir neçə şerləri Mədəniyyət işçiləri tərəfindən yüksək məharətlə ifa olunub.

Qeyd etmək yerinə düşərdi ki, tədbirin iştirakçıları Xanəndə Bəylər Bəylərov, muğənnilər Rəşad Hüseynov, Xəyal Sarıyev, Bəşir Səfəroğlu adına “Xalq” teatrının aktıyorları Türkan Əliyeva, Teymur Mustafayev, Zaur Qurbanov, Aynur Mustafayeva, Fəridə Həsənova, musiqi tərtibatçısı Taleh Əzimov səs rejissoru Cavid Məmmədov yadda qalan musiqilərlə və şerlərlə tamaşaçılara sözün əsl mənasında yüksək şəkildə mədəni istirahət bəxş ediblər.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin aparat içşiləri, Tərtər, Bərdə rayon, o cümlədən Mingəçevir şəhərindən dəvət olunmuş qonaqlar, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP-Yevlax rayon təşkilatının, “Kür” qəzetinin, Aran ARB televiziyasının əməkdaşları və Yevlax ziyalıları iştirak edib.

Tədbir çərçivəsində Mikayıl Müşfiq yaradıcılığı geniş şəküldə tərənnüm olunub, onun milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığının isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz rol oynaması diqqətə çatdırılıb.

Sonda Eldəniz Mustafayev Müşfiq poeziyasının şah əsəri olan “Yenə o bağ olaydı!” şerini söyləyib.
Bolgexeber.com