BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

27-10-2018, 09:37
Oxunub: 1 821 Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb2018-ci il oktyabr ayının 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

DİN-nin məlumatını təqdim edirik:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 18-si “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılmışdır.