BolgeXeber.Com » Xəbərlər » Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

30-10-2018, 18:34
Oxunub: 2 257 Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasına rəis təyin edib.

Bununla bağlı sərəncamda bildirilir ki, Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilsin.


Bolgexeber.commodern.az-a istinadən Qulu Novruzovun tərcümeyi-halını təqdim edir:


Novruzov Qulu Novruz oğlu 1970-ci ildə anadan olb. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə təhsil aldığı fakültənin dekanlığında metodist vəzifəsində çalışib.


1999-cu ildən Baki Dövlət Universitetitinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir. 2000-2007-ci illərdə Təhsil Nazirliyində Xaricdə təhsil alan tələbələr üzrə iş sektorunun müdiri vəzifəsində, 2007-2010-cu illərdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsində işləyib.


Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-ın Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə muxtəlif təlim proqramlarını tamamlayıb.


2005-2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasınm həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün keçirilmiş müsabiqənin qalibi kimi ABŞ-ın Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlayıb və tədqiqat aparıb.


2003-2010-cü illərdə Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin, 2007-2011-ci illərdə isə İSESCO İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil edib. 2010-cu ildə beynəlxaiq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 30-dan artıq elmi məqalə, bir monoqrafiya, bir neçə proqram və metodik vəsaitin müəllifidir.


Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 30-dək dövlət ilə müxtəlif Hökumətlərarası Komissiyaların, BMT-nin ixtisaslaşmış qurumları və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı təmsilçi nümayəndə heyətlərinin, Dövlət Komissiyalarının, həmçinin Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.


2013-2016-cı illərdə Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-cı ildən isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb. Qeyd olunan iki müəssisəyə rəhbərliyi dövründə köklü və radikal islahatların müəllifi kimi tanınıb.

Bu ilin sentyabr-oktyabr aylarında aparılan virtual sorğuda onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikanın ən yaxşı kolleci seçilib.

Keçmiş Sovet ordusu sıralarında iki illik həqiqi hərbi xidməti tamamlayıb, ehtiyatda olan zabitdir.