BolgeXeber.Com » Xəbərlər » Bakıda klinika rəhbərinə qarşı dələduzluq edildi

Bakıda klinika rəhbərinə qarşı dələduzluq edildi

31-10-2018, 10:07
Oxunub: 1 752 Bakıda klinika rəhbərinə qarşı dələduzluq edildiBakıda stomatoloji klinikanın rəhbərinə qarşı dələduzluq edilib.

Trend-in məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, Balakişiyev küçəsi, 55 ünvanında yerləşən stomatoloji klinikanın təsisçisi Muradov Məmməd Qəhrəman oğlu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədəliyev Anar Bilal oğlu klinikanı televiziyada reklam etdirmək üçün ondan 700 manat alaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.