Prezidentin icra başçısı təyin etdiyi jurnalistlər kimlərdir?
31-10-2018, 17:00
Oxunub: 2 790
Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir vaxtlar İctimai Televiziyada çalışan Tahir Nadir oğlu Məmmədovun icra başçısı təyin edilməsi hazırda rayon rəhbəri funksiyasını icra edən jurnalistlər mövzusunu bir daha gündəmə gətirdi.
Bolgexeber.com Axar.az-a istinadən xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da jurnalistika fakültəsinin məzunudur.
O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İcra başçısı 1969-1977-ci illərdə Bərdə rayonda dərc edilən "Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışıb.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də ixtisasca jurnalistdir, amma jurnalist kimi aktiv fəaliyyət göstərməyib.
Qeyd edək ki, jurnalistlər arasında Milli Məclisdə təmsil olunanlar daha çoxdur. Belə ki, Elmira Axundova, Qənirə Paşayeva, Aqil Abbas, Əflatun Amaşov, Hikmət Babaoğlu, Bəxtiyar Sadıqov və s. kimi ictimaiyyətin də yaxşı tanıdığı millət vəkilləri jurnalistdirlər və bəziləri hazırda da media qurumu rəhbəri kimi fəaliyyətlərini davam etdirirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər