Narkodispanserdəki yanğının şahidindən dəhşətli etiraflar
9-11-2018, 12:56
Oxunub: 2 431
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Bolgexeber.com"Report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rasim Hüseynov ifadə verib.
O bildirib ki, əvvəllər spirtli içki aludəçisi olduğu üçün Mərkəzdə müalicə alıb.
R.Hüseynov hadisə haqqında danışan zaman söyləyib ki, yanğın gecə saatlarında başlayıb: "Həmin vaxt dəhşətli mənzərə idi. Onlar ağlayan zaman deyirdilər ki, "Rasim, "bizi buraxma". Biz də bu tərəfdə ağlayırdıq. Həmin vaxt çox çalışdım ki, dəmir barmaqlığı qırım, lakin gücüm çatmadı".
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən M.Məmmədovu hələ birinci müalicə dövründən tanıyır: "Orada müalicə alan şəxslərin hamısı bilirdi ki, mən səhər saat 5-dən sonra yata bilmirdim. Yanğın baş verən gün də eyni vaxtda oyanıb palatadan dəhlizə çıxmışdım. Həmin vaxt 3-4 nəfər başqa adam da oyaq idi. Söhbət edirdik, bir də gördük dəhlizin o başından tüstü gəlir. Tez qaçdıq, sonra Nail girib palatadakı iki nəfəri sürüyüb çıxarmağa çalışdı. Mühafizəçi Amid də su dalınca getdi. Biz də qaçdıq bir-bir palataların qapılarını döyüb adamları oyatmağa. Onlar dərmanların təsirindən dərin yuxuya getmişdilər deyə ayıla bilmirdilər. Sanitar xəstələrin sinəsinin üstünə tullanırdı ki, onları oyatsın".
R.Hüseynov ifadəsində vurğulayıb ki, palata yoldaşı da yanğında dünyasını dəyişib: "Elnur Qazaxdan idi, o, saz çalırdı. Həmin vaxt onu oyatdım, lakin çölə çıxanda Elnuru görmədim. Ona görə də geri qayıtdım. Tüstü çox olduğu üçün özüm də boğulurdum. Elə mən çıxandan iki dəqiqə sonra iynə-dərman olan otaq partladı. Yanğınsöndürənlər də suyu lap ortadan vurdular deyə dam çökdü”.
Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.
Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər