BolgeXeber.Com » Xəbərlər » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Qobustan qəsəbəsində
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Qobustan qəsəbəsində
12-11-2018, 13:53
Oxunub: 2 284
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının səyyar ofisinin bu həftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsidir
Xidmətlərdən istifadə etmək istəyən sakinlər 12-16 noyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər Qobustan qəsəbəsi, Zahid Qasımov küçəsi, 22 (Mədəniyyət evinin qarşısı) ünvanındakı mobil ofislərə yaxınlaşa bilərlər. Müraciət edən hər bir vətəndaşa diqqətlə yanaşan komitə əməkdaşları bütün növ daşınmaz əmlakların qeydiyyat xidmətlərini göstərməklə bərabər, verilən sualları qanunvericiliyə uyğun cavablandırır, hüquqi məsləhətlər verir.
Bu kampaniyanın əsas hədəfi daha operativ və əlçatanformada mülkiyyət hüququndan istifadəni təmin etmək, ölkədə leqal daşınmaz əmlakların sayını artırmaqdır. Bütün lazimi avadanlıqlarla təmin olunmuş mobil ofislərdə müasir və innovativ üsullarla göstərilən xidmətlər birbaşa olaraq vətəndaş rahatlığına yönəlib. Müvafiq ərazi idarəsi ilə yaradılan əlaqə və məlumat mübadiləsi əsasında xidmətlərin struktur bölmələrdəki kimi göstərilməsi vətəndaş məmnunluğu ilə nəticələnir.
Qeyd edək ki, bu sosial kampaniya fəaliyyətə başladığı gündən ölkə üzrə ümumilikdə 17 kənd və qəsəbə sakinlərini bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri ilə təmin edib. Mindən çox vətəndaş vaxt itirmədən, gündəlik məşğuliyyətdən uzaqlaşmadan ictimai əhəmiyyətli aksiyanın üstünlüklərindən istifadə edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər