BolgeXeber.Com » Xəbərlər » Ordumuzda komanda-qərargah hərb oyunları başladı - Video

Ordumuzda komanda-qərargah hərb oyunları başladı - Video

12-11-2018, 14:20
Oxunub: 1 793 Ordumuzda komanda-qərargah hərb oyunları başladı - VideoKomanda-qərargah hərb oyunları başlayıb.

Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.