Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR
14-11-2018, 11:26
Oxunub: 1 698
Noyabrın 15-də sürücülərə avtomobilin yan arxa şüşələrində jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatır. Bu tarixdən etibarən avtomobilində jalüzlərdən istifadə edən hansı sürücülərə güzəşt ola bilər?
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, qeyd edilən tarixdən sonra avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.
“15 noyabrdan sonra nəqliyyat vasitələrinin yan arxa şüşələrində jalüzlərdən istifadənin icazə müddəti bitir. Həmin tarixdən sonra jalüzlərin istifadəsinə icazə verilmədiyinə görə hər hansı bir sürücü onları açmayıbsa, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə uyğun olaraq 150 manat miqdarında cərimə olunacaqlar”.
R.Quliyev deyib ki, nəqliyyat vasitələrinin şüşələrinin işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması nəzərə alınaraq, avtomobilin yan və ön şüşələrinə görüntünü məhdudlaşdıran örtük vuran sürücülər cərimələnəcək.
“Avtomobil şüşələrinin işıq ötürmə qabiliyyəti xüsusi cihazla ölçülür. Əgər avtomobilin şüşələrinin işıq ötürmə qabiliyyəti 70 faizdən azdırsa həmin avtomobil cərimə meydançasına aparılacaq. Arxa şüşələrdə plyonkadan, pərdədən və jalüzdən istifadəyə heç bir qadağa yoxdur”.
Şöbə rəisi sürücüləri qaydalara riayət etməyə çağırıb:
“Kütləvi İnformasiya Vasitələrindən sürücülərimizə səslənirik ki, qaydalara riayət etsinlər. Sürücülərimiz qaydaları pozmasa, yollarda tıxaclar da olmaz. Bir sürücünün kiçik bir qayda pozuntusu 100-lə sürücünün gecikməsinə səbəb olur. Sürücülər yalnız özlərini deyil, digər hərəkət iştirakçılarını da nəzərə almalıdırlar”.
Qeyd edək ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər